Su – yer üzündə həyatın əsasıdır.

Bu gün isə, texnologiya təkmilləşdirilməsinə baxmayaraq, təmiz su problemi hələ də son dərəcə ciddidir.

SU Nədir ?

 Su (H2O)  hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə kimyəvi birləşməsidir. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iysiz mayedir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir.

Yer kürəsinin 2/3-i sudan ibarətdir. Amma “su – həyat mənbəyidir” fikri bundan xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su – elə həyatın özüdür. Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. 

Ortalama olaraq, insan bədənin 78%-i sudan ibarətdir. Suyun sanitariya-gigiyenik əhəmiyyəti böyükdür.

Su – həlledicidir
Su çox universal mühitdir. İnsanın qidasını təşkil edən nemətlərin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular – orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə (sulu məhlul halında) insanın həzm sistemi tərəfindən “emal” oluna bilir.